...

Türkiyədə 98 meşə yanğınından 88 -i lokallaşdırılıb

Dünya xəbərləri Materials 31 İyul 2021 19:21 (UTC +04:00)
Türkiyədə 98 meşə yanğınından 88 -i lokallaşdırılıb

Bakı. Trend:

Yanğınsöndürmə xidmətlərinin səyləri ilə Türkiyədə 88 meşə yanğından 98-i lokallaşdırılıb.

Trend-in Anadolu-ya istinadən verdiyi məlumata görə, bunu ölkənin Meşə və Kənd Təsərrüfatı naziri Bəkir Pakdemirli deyib.

Nazir "Twitter" hesabında yazıb: "28-31 iyul tarixlərində Türkiyədə 98 meşə yanğını qeydə alınıb ki, onlardan 88-i söndürülüb və ya lokallaşdırılıb".

Meşə yanğınlarının söndürülməsinə 45 helikopter, 6 təyyarə, minlərlə yanğınsöndürən maşın cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti