...

Haitidə zəlzələ nəticəsində ölənlərin sayı 1297 nəfərə çatıb

Dünya xəbərləri Materials 16 Avqust 2021 03:01 (UTC +04:00)
Haitidə zəlzələ nəticəsində ölənlərin sayı 1297 nəfərə çatıb

Bakı. Trend:

Haitidə zəlzələ nəticəsində ölənlərin sayı 1 297 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin mülki müdafiə idarəsindən bildibirlər.

Məlumata əsasən, zəlzələ zamanı həmçinin 5,7 min nəfər xəsarət alıb, onlardan 3,2 min nəfəri xəstəxanalara yerləşdirilib.

Bildirilir ki, dağıntılar altında insanların axtarışları davam etdirilir.

Qeyd edək ki, avqustun 14-ü Haitidə 7,2 bal gücündə zəlzələ baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti