...

Rusiyada növbəti antirekord: Bir gündə koronavirusdan 820 nəfər ölüb

Dünya xəbərləri Materials 26 Avqust 2021 13:47 (UTC +04:00)
Rusiyada növbəti antirekord: Bir gündə koronavirusdan 820 nəfər ölüb

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada koronavirus pandemiyası dövründə infeksiyadan ölənlərin sayında yeni antirekord qeydə alınıb.

Trend-in məlumatına görə, ölkədə ötən sutka ərzində koronavirusdan 820 nəfər ölüb.

Bu günədək ən yüksək göstərici (819 nəfər) avqustun 14-də qeydə alınmışdı.

Son sutkada Rusiyada koronavirusa yoluxanların sayı isə 19 630 nəfər təşkil edib.

Bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 6,8 milyon nəfəri ötüb, 179 243 nəfər həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti