...

"Mindi" tropik fırtınası Florida ştatına doğru irəliləyir

Dünya xəbərləri Materials 9 Sentyabr 2021 07:28 (UTC +04:00)
"Mindi" tropik fırtınası Florida ştatına doğru irəliləyir

Bakı. Trend:

Meksika körfəzi yaxınlığında yaranan "Mindi" tropik fırtınası ABŞ-ın Florida ştatı sahilinə doğru hərəkət edir.

Trend-in məlumatına görə, bu barədə CNN televiziya kanalı xəbər verib.

ABŞ Milli Meteorologiya Xidmətində qeyd ediblər ki, "Mindi" fırtınası Floridaya çatacaq və Atlantik Okeanının qərbi istiqamətində hərəkət edəcək. Bundan sonra fırtına Corciya və Cənubi Karolina ştatlarının cənub ərazilərinə doğru irəliləyəcək.

Fırtınanın olduğu ərazilərdə küləyin sürəti 65 km/s-a yaxın təşkil edir.

Floridada yağıntların ümumi miqdarı 15 santimetrə çatacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti