...

Fransada dənizdə qəfil qalxan dalğalar 9 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 16 Sentyabr 2021 04:31 (UTC +04:00)
Fransada dənizdə qəfil qalxan dalğalar 9 nəfərin ölümünə səbəb olub

Bakı. Trend:

Fransanın Aralıq dənizi sahillərində birdən-birə yüksək dalğaların yaranması üç cənub departamentində 9 nəfərin ölümünə səbəb olub.

Trend-in məlumatına görə, bu barədə BFM telekanalı xəbər verib.

Məlumata əsasən, belə dalğalar Aralıq dənizi sahilinin bu hissəsində vaxtaşırı baş verən bir fenomendir. Xüsusilə güclü küləklər, dəniz axınlarının kəskin dəyişməsi və sahildən çox miqdarda yağış suyunun axması buna səbəb olur.

Yerli hakimiyyət orqanları dənizdə yarana biləcək təhlükələr barədə xəbərdarlıq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti