...

Dağıstanda ağır yol qəzası olub, ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 27 Sentyabr 2021 00:34 (UTC +04:00)
Dağıstanda ağır yol qəzası olub, ölənlər və yaralananlar var

Bakı. Trend:

Dağıstanın Dərbənd rayonunda yük maşını və iki minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib.

Trend xəbər verir ki, bu barədə "İnterfaks" məlumatlı mənbə bildirib.

Onun sözlərinə görə, qəza nəticəsində 4 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan biri xəstəxanaya yerləşdirilib.

Mənbə bildirib ki, hazırda qəza yerində polis əməkdaşları işləyir. Qəzanın səbəbi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti