...

Davos Dünya İqtisadi Forumu təxirə salınıb

Dünya xəbərləri Materials 20 Dekabr 2021 16:16 (UTC +04:00)
Davos Dünya İqtisadi Forumu təxirə salınıb

Bakı. Orxan Nəbiyev - Trend:

2022-ci il Davos Dünya İqtisadi Forumu təxirə salınıb.

Trend-in məlumatına görə, bu barədə forumun direktoru Adrian Monk bildirib.

O qeyd edib ki, forum koronavirusun "omikron" ştammının yayılması ilə bağlı qeyri-müəyyənliklə əlaqədar təxirə salınıb.

Qeyd olunub ki, forumun gələn ilin yay aylarında keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, 2022-ci il Davos Forumu yanvarın 17-21-də keçirilməli idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti