...

İsrail prezidenti BƏƏ-yə səfər edəcək

Dünya xəbərləri 26 Yanvar 2022 01:40 (UTC +04:00)
İsrail prezidenti BƏƏ-yə səfər edəcək

Bakı. Trend:

İsrail Prezidenti İshaq Hersoq yanvarın 30-u Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərə gedəcək.

Trend-in məlumatına görə, bu barədə İ.Hersoqun mətbuat xidmətindən bildiriblər.

"İsrail dövlətinin prezidenti tarixdə ilk dəfə Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək. 30 və 31 yanvar 2022-ci il tarixlərində baş tutacaq səfər zamanı prezident Əbu-Dabi Əmirliyinin vəliəhdi Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşəcək", - deyə məlumatda deyilir.

Qeyd edilib ki, İ.Hersoq həmçinin Əbu-Dabi və Dubaya səfər edəcək, burada rəsmi görüşlər keçirəcək. Səfər çərçivəsində prezident BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhyan, BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Məhəmməd bin-Rəşid Al Maktum və yəhudi icmasının nümayəndələri ilə görüşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti