...

ABŞ Avropaya əlavə hərbi kontingentin göndərilməsinə başlayıb

Dünya xəbərləri Materials 4 Fevral 2022 02:34 (UTC +04:00)
ABŞ Avropaya əlavə hərbi kontingentin göndərilməsinə başlayıb

Bakı. Trend:

ABŞ Avropaya əlavə hərbi kontingent göndərilməsinə başlayıb.

Trend TASS-a istinadən xəbər verir ki, ABŞ-ın Şimali Karolina ştatında yerləşən Fort Bragg bazasından təxminən 2 min hərbçi Avropaya göndərilir. Bunun təqribən 1,7 nəfəri Polşaya, təxminən 300-ü Almaniyaya göndərilir.

Çərşənbə günü Pentaqon Almaniyadan Rumıniyaya təxminən 1000, həmçinin ABŞ-dan Almaniya və Polşaya ümumilikdə 2000 ABŞ əsgəri göndərmək niyyətində olduğunu açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti