Bakı. Orxan Nəbiyev - Trend:
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiyaya səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə Qazaxıstan prezidentinin mətbuat katibi bildirib.
Qeyd olunur ki, səfər fevralın 10-11-də baş tutacaq.
Rusiya paytaxtında K.Tokayev Vladimir Putinlə görüşəcək. Daha sonra onun Kazan şəhərinə səfər edəcəyi deyilir.