...

Moskvada zəncirvari qəza baş verib, yaralananlar var

Dünya xəbərləri Materials 8 Fevral 2022 19:05 (UTC +04:00)
Moskvada zəncirvari qəza baş verib, yaralananlar var

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyanın paytaxtı Moskvada altı avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Qeyd olunur ki, bir nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir. Hadisə yerinə xilasedicilər cəlb edilib.

Qəza baş verən ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti