...

İtaliya Konstitusiyasına düzəlişlər edilib

Dünya xəbərləri Materials 14 Fevral 2022 03:34 (UTC +04:00)
İtaliya Konstitusiyasına düzəlişlər edilib

Bakı. Trend:

İtaliya parlamenti ölkənin əsas qanununa düzəlişləri təsdiqləyib.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, Konstitusiyada ətraf mühitin mühafizəsinin zəruriliyi, habelə insan sağlamlığına və ətraf mühitə zərərli olduqda şəxsi fəaliyyət hüququnun həyata keçirilməsinin məhdudlaşdırılmasına dair müddəalar öz əksini tapacaq.

Greenpeace və WWF daxil olmaqla beynəlxalq ətraf mühit təşkilatları dəyişiklikləri dəstəkləyib.

İtaliya konstitusiyası 1947-ci ildə respublika idarəetmə formasına keçdikdən sonra qəbul edilib. O vaxtdan bəri ölkənin əsas sənədinə 16 dəfə düzəliş edilmişdir. İtaliya dünyada təbiətin mühafizəsi ilə bağlı müddəaların əsas qanununa daxil edilmiş beşinci ölkədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti