...

ABŞ-da helikopter qəzaya uğrayıb

Dünya xəbərləri Materials 20 Fevral 2022 04:55 (UTC +04:00)
ABŞ-da helikopter qəzaya uğrayıb

Bakı. Trend:

ABŞ-ın Florida ştatında Mayami-Biç çimərliyi yaxınlığında helikopter okeana düşüb.

Trend xəbər verir ki, bu barədə ştat polisi "Twitter"-də məlumat verib.

Bildirilir ki, qəza nəticəsində iki nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıblar, hazırda vəziyyətləri stabildir.

Qəzanın səbəbləri barədə məlumat verilmir.

Çimərlik ərazisi müvafiq qurumların fəaliyyətini təmin etmək məqsədiylə qapanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti