...

Ukrayna Baş Qərargahı Rusiyanın beş təyyarəsinin vurulduğunu bildirib

Dünya xəbərləri Materials 24 Fevral 2022 10:35 (UTC +04:00)

Bakı. Trend:

Fevralın 24-də Ukrayna orduasu Rusiya Silahlı Qüvvələrinin beş təyyarəsi və bir helikopterini vurub.

Trend-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.

Eyni zamanda, Ukrayna Baş Qərargahı Rusiya qoşunlarının həm Rusiya, həm də Belarus ərazisindən Ukrayna sərhədinə hücum etdiyini bildirib.

Son məlumatlara əsasən, Ukrayna tərəfi Lutsk vilayətinin iki kəndinin ələ keçirildiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti