Bakı. Trend:
ABŞ dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığında Ukraynadakı vəziyyətlə bağlı Montrö Konvensiyasının icrasına görə Ankaraya təşəkkür edib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departametinin mətbuat xidmətindən bildirilib.
"Dövlət katibi E.Blinken Türkiyənin Montrö Konvensiyasını icra etməyə davam etməsi və xarici işlər naziri Çavuşoğlunun məsələ ilə bağlı son açıqlamalarına görə minnətdarlığını bildirib. Dövlət katibi həmçinin Ukraynanın, onun suverenliyi və ərazi bütövlüyünün qorunmasında güclü dəstəyə görə Türkiyəyə təşəkkür edib", - deyə mətbuat xidmətindən bildiriblər.