...

ABŞ-da tornado nəticəsində 6 nəfər ölüb

Dünya xəbərləri Materials 6 Mart 2022 09:21 (UTC +04:00)
ABŞ-da tornado nəticəsində 6 nəfər ölüb

Bakı. Trend:

ABŞ-ın Ayova ştatında tornado 6 nəfərin ölümünə səbəb olub.

Trend-in "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, ölənlərdən 4-ü uşaqdır.

Meddison dairəsinin Fövqəladə Fallar İdarəsi tornado nəticəsində daha 4 nəfərin xəsarət aldığını bildirib.

Eyni zamanda tornado onlarla evə, elektrik xətlərinə, ağaclara ciddi ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti