...

İsrail prezidenti son 14 ildə ilk dəfə Türkiyəyə səfər edib

Dünya xəbərləri Materials 9 Mart 2022 16:44 (UTC +04:00)
İsrail prezidenti son 14 ildə ilk dəfə Türkiyəyə səfər edib

Bakı. Trend:

İsrail prezidenti İshaq Hersoqun Türkiyəyə rəsmi səfəri başlayıb.

Trend-in məlumatına görə, iki gün davam edəcək səfər çərçivəsində İ.Hersoq bir sıra rəsmilərlə, o cümlədən prezident Rəcəb Tayyib Ərdoğanla görüş keçirəcək.

Görüşlər zamanı iki ölkə arasında müxətlif sahələr üzrə ikitərəfli münasibətlər, əməkdaşlıq məsələləri müzakirə olunacaq.

İ.Hersoq 2008-ci ildən bəri Türkiyəyə səfər edən ilk İsrail prezidenti olub.

Qeyd edək ki, İshaq Hersoq 2021-ci ilin iyulunda prezident seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti