...

"Toyota" Yaponiyadakı güclü zəlzələyə görə 11 zavodda istehsalatı dayandırıb

Dünya xəbərləri Materials 18 Mart 2022 11:15 (UTC +04:00)
"Toyota" Yaponiyadakı güclü zəlzələyə görə 11 zavodda istehsalatı dayandırıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın "Toyota Motor" şirkəti ölkədə baş vermiş güclü zəlzələ ilə əlaqədar 11 zavodda istehsalatı müvəqqəti dayandırır.

Trend-in məlumatına görə, bu barədə şirkətin bəyanatında deyilir.

Qeyd olunur ki, zavodun yerləşmə mövqeyindən asılı olaraq məhdudiyyət martın 21-dən 23-dək davam edə bilər.

Xatırladaq ki, martın 17-də Yaponiyanın şimal-şərqində, Fukusima prefekturası sahillərində 7,4 bal gücündə zəlzələ baş verib.

Zəlzələ nəticəsində 4 nəfər həlak olub, 220-dən çox şəxs xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti