...

Toyota avtomobil istehsalını 10% azaldacaq

Dünya xəbərləri Materials 13 Aprel 2022 03:51 (UTC +04:00)
Toyota avtomobil istehsalını 10% azaldacaq

Bakı. Trend:

Yaponiyanın ən böyük avtomobil konserni “Toyota Motor” bu ilin may ayında dünya üzrə zavodlarında avtomobil istehsalını 700 min avtomobil və ya ilkin planlaşdırılan səviyyənin 10%-ə qədər azaldacaq.

Trend xəbər verir ki, bu barədə yerli "Nikkei" gəzeti məlumat yayıb.

Qeyd olunur ki, bununla belə, şirkət Yaponiya daxilindəki müəssisələrdə istehsalını təxminən 200 min avtomobilədək azaldacaq.

May ayında "Toyota"-nın xarici zavodlarında konveyerdən cəmi 500 000 avtomobil çıxacaq ki, bu da gözləniləndən 100 000 azdır.

Qəzetin qeyd etdiyi kimi, buna səbəb Ukraynadakı vəziyyətdən irəli gələn tədarük zəncirlərinin pozulması, həmçinin bəzi ölkələrdə, o cümlədən Çində koronavirusun yayılmasına qarşı məhdudiyyətlərin yenidən tətbiq edilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti