...

Pandemiyanın iqtisadi təsirləri ilə mübarizə Fransaya 600 milyard avroya başa gəlib - Makron

Dünya xəbərləri Materials 21 Aprel 2022 01:12 (UTC +04:00)

Bakı. Trend:

Pandemiyanın iqtisadi təsirləri ilə mübarizə Fransaya 600 milyard avroya başa gəlib.

Trend xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron ölkədə keçirilən prezident seçkiləri çərçivəsində teledebatlar zamanı bildirib.

Onun sözlərinə görə, pandemiya səbəbindən yaranmış borclanma 600 milyard avro təşkil edir.

"Bu borclanma kafe və restoran sahiblərinin, kiçik biznesə və fərdi sahibkarlara kömək ilə bağlıdır", - E. Makron vurğulayıb.

Qeyd edək ki, aprelin 10-da Fransada prezident seçkilərinin birinci turu keçirilib. Seçkidə 12 namizəd iştirak edib. Hazırki ölkə başçısı 27,84%, onun əsas rəqibi Marin Le Pen isə 23,15% səs toplayıb. Prezident seçkiləri çərçivəsində ikinci tur səsvermə aprelin 24-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti