Bakı. Trend:
Avstriya Rusiyadan neft idxalını və emalını dayandırıb.
Trend-in məlumatına görə, bu barədə Avstriyanın OMV neft-qaz şirkəti bildirib.
Qeyd olunub ki, şirkət Avstriyanın Şvexat və Almaniyanın Burqhauzen şəhərlərindəki zavodlarda Rusiya neftini digər mənbələrlə əvəz edib.
Statistikaya əsasən, Avstriyanın neft idxalında Rusiyanın payı 8 faizə yaxın təşkil edir. İlk üçlükdə isə Qazaxıstan, Liviya və İraq yer alır. Bu ölkələr Avstriyaya ümumi neft idxalının 80 faizini təmin edir.