...

İnsan fəaliyyəti təbii fəlakətlərin sayının artmasına səbəb olur - BMT

Dünya xəbərləri Materials 26 Aprel 2022 03:07 (UTC +04:00)
İnsan fəaliyyəti təbii fəlakətlərin sayının artmasına səbəb olur - BMT

Bakı. Trend:

İnsan fəaliyyəti dünyada təbii fəlakətlərin sayının artmasına səbəb olur.

Trend "Reuters" agentliyinə istinadla xəbər verir ki, bu barədə BMT-nin hesabatında bildirilir. Qeyd olunur ki, son iyirmi ildə qlobal miqyasda ildə 350 - 500 orta və ya böyük miqyaslı təbii fəlakət baş verir. Vurğulanır ki, belə hadisələrin başvermə tezliyinin artacağı gözlənilir.

Sənədə əsasən, fəlakətlərin, o cümlədən yanğınlar və daşqınlar kimi hava şəraiti ilə əlaqəl, eyni zamanda pandemiyalar və ya kimyəvi qəzalar kimi digər təhlükələrin sayı 2030-cu ilə qədər ildə 560-a və ya gündə 1,5-ə çata bilər.

İqlim dəyişikliyinin daha çox ekstremal hava hadisələrinə səbəb olduğu, insanların potensial fəlakətlər riski ilə bağlı həddindən artıq optimist və hazırlıqsız olduqları vurğulanır.

Hesabatda deyilir ki, fəlakətlər inkişaf etməkdə olan ölkələrə daha çox təsir edir və bu ölkələr ÜDM-in ildə orta hesabla 1%-ni itirir, inkişaf etmiş ölkələrdə bu göstərici 0,1-0,3%-dir.

Təbii fılakətlərdən ən çox zərər çəkən region kimi Asiya-Sakit Okean bölgəsi göstərilir. Buradakı ölkələr hər il fəlakətlər nəticəsində ÜDM-in orta hesabla 1,6%-ni itirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti