...

"Tesla" Çində 14 mindən çox avtomobili geri çağırır

Dünya xəbərləri Materials 29 Aprel 2022 13:36 (UTC +04:00)
"Tesla" Çində 14 mindən çox avtomobili geri çağırır
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın "Tesla" şirkəti Çin bazarında 14,6 mindən çox avtomobili geri çağırır.

Trend-in məlumatına görə, geri çağırılma 2019-cu ilin yanvarından 2022-ci ilin yanvarınadək istehsal olunmuş "Model 3" elektromobillərinə şamil olunur.

Qeyd olunur ki, geri çağırılma proqram təminatının sürəti əks etdirmədə mümkün qüsurları ilə əlaqəlidir.

Bu qüsur sürücünün sürəti təyin etməsində problemlərə yol aça bilər.

Xatırladaq ki, "Tesla" bu ayın əvvəlində Çində 127 mindən çox "Model 3" elektromobillərinin geri çağırılacağını elan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti