Bakı. Trend:
Avropa İttifaqı ölkələri Rusiyadan neft idxalından ilin sonuna qədər tamamilə imtina etmək niyyətindədirlər.
Trend xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumata əsasən, Rusiyadan neft idxalının tamamilə dayandırlmasına qədər Aİ tədricən məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.
Bildirilir ki, Aİ-nin Rusiyaya qarşı sanksiyalarının altıncı paketinə daxil ediləcək yeni məhdudiyyətlərlə bağlı qərar gələn həftə verilə bilər. Bununla belə, agentlik vurğulayır ki, təklif olunan məhdudiyyətlər hələ də formal olaraq təklif edilməyib və dəyişdirilə bilər.