Bakı. Trend:
Tunisin paytaxtında ölkənin daxili işlər naziri Taufik Şarfeddinin evində partlayış baş verib.
Trend-in məlumatına görə, partlayışa qaz sızması səbəb olub.
Nazir hadisə nəticəsində xəsarət almasa da, onun xanımı yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Qeyd olunur ki, partlayış T.Şarfeddinin evində fəsadlar törədib.