Bakı. Trend:
Filippində 6,1 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən bildirilib.
Məlumata əsasən, yeraltı təkanların episentri Nasuqbu yaşayış məntəqəsindən 7 kilometr cənub-şərqdə, ocağı isə 175 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.