...

"Toyota" 10 zavodda istehsalı qismən dayandırıb

Dünya xəbərləri Materials 24 May 2022 13:47 (UTC +04:00)
"Toyota" 10 zavodda istehsalı qismən dayandırıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın "Toyota Motors" avtomobil şirkəti ölkə ərazisindəki 10 zavodda işləri qismən dayandırıb.

Trend-in məlumatına görə, bu barədə şirkətin açıqlamasında deyilir.

Qeyd olunur ki, həmin zavodlarda ümumilikdə 16 istehsalat xətti üzrə may və iyun aylarında fəaliyyət dayanacaq.

Bu qərar Çinin Şanxay şəhərində koronavirusa görə sərt qapanmalarla əlaqədar detal çatışmazlığı səbəb ilə verilib.

"Toyota"nın qiymətləndirməsinə əsasən, fəaliyyətin qismən dayanması ilə əlaqədar iyun ayında "Toyota" istehsalı 100 min ədəd azalacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti