...

Aİ səfirləri Rusiyaya qarşı neft embarqosu ilə bağlı razılığa gələ bilməyiblər

Dünya xəbərləri Materials 30 May 2022 00:38 (UTC +04:00)
Aİ səfirləri Rusiyaya qarşı neft embarqosu ilə bağlı razılığa gələ bilməyiblər

Bakı. Trend:

Aİ-nin 27 ölkəsinin Daimi Nümayəndələr Komitəsi (Coreper) Aİ sammiti öncəsi fövqəladə iclasında Rusiyaya qarşı neft embarqosunun daha yüngül variantı ilə bağlı kompromis əldə edə bilməyib.

Trend "TASS"a istinadla xəbər verir ki, Rusiyaya qarşı altıncı sanksiyalar paketi layihəsinin tərkib hissəsi olan neft embarqosu ilə bağlı qərarın Aİ sammitində qəbul olunması gözlənilmir.

"Bu gün "Coreper" neft tədarükünün qadağan edilməsi məsələsini müzakirə etmək üçün bir araya gəldi. Bazar ertəsi daha bir görüşdə əlavə detalları nəzərdən keçirəcəyik. Deyə bilərəm ki, bütün ölkələr Rusiya neftinin tədarükünü məhdudlaşdırmaqda qərarlıdır, lakin bizim əlavə əlaqələndirməyə ehtiyacımız var", - mənbə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti