...

Antarktidanın buzları altında canlı orqanizmlər aşkar edilib

Dünya xəbərləri Materials 7 İyun 2022 02:44 (UTC +04:00)

Bakı. Trend:

Yeni Zelandiyanın Vellinqton, Oklend və Otaqo universitetlərindən, eləcə də Milli Su və Atmosfer Tədqiqatları İnstitutundan olan alimlər qrupu Antarktida buzları altında 500 metr dərinlikdə canlı orqanizmlərin olduğu ekosistemi aşkar ediblər.

Trend xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazır.

Qeyd olunur ki, tədqiqat işləri zamanı mütəxəssislər çay mənsəbinin olduğu 500 metrlik buz qatında qazıntı aparıblar.

Müəyyən dərinlikdə elm adamları uzunluğu beş millimetrə çatan kiçik artropod canlıları aşkar ediblər. Araşdırma zamanı məlum olub ki, onlar, lobster, xərçənglərin də təmsil olunduğu amfipodlar (Yanüzənlər) dəstəsinə aid canlılardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti