...

Türkiyə və İsrail prezidentləri terrorla mübarizəni müzakirə ediblər

Dünya xəbərləri Materials 19 İyun 2022 20:35 (UTC +04:00)
Türkiyə və İsrail prezidentləri terrorla mübarizəni müzakirə ediblər

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan israilli həmkarı İshaq Hersoq ilə telefon danışığı aparıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Komunikasiya İdarəsindən bildiriblər.

Danışıqlar zamanı dövlət başçıları regional məsələlər, o cümlədən terrorizmlə mübarizə və təhlükəsizlik üzrə dialoqun davam etdirilməsi, həmçinin sülh və sabitlik naminə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.

Tərəflər ikitərəfli Türkiyə-İsrail münasibətlərinin vəziyyətini və regional məsələləri müzakirə ediblər.

İsrail prezidenti Ankaranın terrorla mübarizədə göstərdiyi səylərə görə türkiyəli həmkarına təşəkkür edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti