...

İsrail Türkiyədəki ticarət nümayəndəliyinin fəaliyyətini bərpa edir

Dünya xəbərləri Materials 7 İyul 2022 01:35 (UTC +04:00)

Bakı. Trend:

İsrailin Türkiyədəki ticarət-iqtisadi nümayəndəliyinin fəaliyyəti avqustun 1-dən bərpa olunacaq.

Trend xəbər verir ki, bunu İsrailin iqtisadiyyat naziri Orna Birbivay deyib.

Onun sözlərinə görə, bu addım İsrailin Türkiyə ilə iqtisadi əlaqələri dərinləşdirməyə sadiqliyini əks etdirir.

Nazir əlavə edib ki, yaxın gələcəkdə son on ildə ilk Türkiyə-İsrail birgə iqtisadi konfransının təşkili planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti