...

Misir, Türkiyə və Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulmağı planlaşdırırlar

Dünya xəbərləri Materials 14 İyul 2022 05:39 (UTC +04:00)
Misir, Türkiyə və Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulmağı planlaşdırırlar

Bakı. Trend:

Qahirə, Ankara və Ər-Riyad BRİKS-ə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) üzvlük üçün müraciət etməyi planlaşdırır.

Trend xəbər verir ki, bunu BRİKS Beynəlxalq Forumunun prezidenti Purnima Anand deyib.

"Bütün bu ölkələr qoşulmağa maraq göstəriblər və üzvlük üçün müraciət etməyə hazırlaşırlar. Hesab edirəm ki, bu, yaxşı addımdır, çünki genişlənmə həmişə müsbət qarşılanır, bu, BRİKS-in bütün dünyada təsirini açıq şəkildə artıracaq", - deyə P.Anand bildirib.

Onun sözlərinə görə, bu ölkələrin qrupa daxil olması çox vaxt aparmamalıdır. O, həmçinin bildirib ki, növbəti sammitdə Argentina, Misir, İran, Səudiyyə Ərəbistanı və Türkiyənin daxil olduğu beş dövlətdən bəzilərinin BRİKS-ə daxil olması ilə bağlı müzakirələrin və mümkün qərarın veriləcəyini gözləmək olar.

"Ümid edirəm ki, ölkələrin BRİKS-ə daxil olması çox tez baş verəcək, çünki indi qrupun bütün nümayəndələri genişlənməkdə maraqlıdırlar. Beləliklə, bu, çox tez baş verəcək", - deyə P.Anand əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti