...

Meksikada qaz kəmərində partlayış baş verib

Dünya xəbərləri Materials 22 İyul 2022 00:55 (UTC +04:00)
Meksikada qaz kəmərində partlayış baş verib

Bakı. Trend:

Meksikanın Verakrus ştatında "Pemex" dövlət neft-qaz şirkətinə məxsus qaz kəmərində partlayış baş verib.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində regional fövqəladə hallar idarəsi bildirib.

Məlumata əsasən, hadisə yerində yanğın başlayıb.

Bildirilib ki, ehtiyat tədbiri olaraq yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri təxliyə edilib.

Fövqəladə hadisənin nəticələrinə "Pemex" işçiləri, fövqəladə hallar xidmətləri və hərbçilər cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti