...

Türkiyənin cənub-şərqində terrorla mübarizənin növbəti mərhələsi başlayıb

Dünya xəbərləri Materials 8 Avqust 2022 04:38 (UTC +04:00)
Türkiyənin cənub-şərqində terrorla mübarizənin növbəti mərhələsi başlayıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkiyənin cənub-şərqindəki Mardin vilayətində Eren Abluka antiterror əməliyyatının 31-ci mərhələsi başlayıb.

Trend xəbər verir ki, 44 əməliyyat qrupunun tərkibində 528 polis və jandarma xüsusi təyinatlıları qanlı təşkilat yaraqlılarının məhv edilməsi üçün Bağok bölgəsində axtarış aparır.

Əməliyyatın məqsədi PKK terror təşkilatı ilə mübarizə və ölkənin cənub-qərbində cinayətkarlığın tamamilə kökünü kəsməkdir.

Prezident Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl bildirmişdi ki, PKK yaraqlılarının Türkiyədə ilk dəfə terror aktı törətdiyi 1984-cü ildən bu günə qədər minlərlə türk təhlükəsizlik qüvvələri, hərbçiləri və mülki vətəndaşları bu qanlı təşkilata görə həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti