...

Türkiyənin müdafiə sanayesi məhsulları ixracı 45 faizdən çox artıb

Dünya xəbərləri Materials 9 Avqust 2022 12:49 (UTC +04:00)
Türkiyənin müdafiə sanayesi məhsulları ixracı 45 faizdən çox artıb

Bakı. Trend:

2022-ci ilin yanvar-iyul aylarında Türkiyənin müdafiə sanayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 46,5 faiz artaraq 2,3 milyard dollara bərabər olub.

Trend-in xəbərinə görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə 325,9 milyon dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 41,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2021-iyul 2022) Türkiyə 3,94 milyard dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti