...

Türkiyə və İsrail prezidentləri ikitərəfli münasibətləri müzakirə ediblər

Dünya xəbərləri Materials 19 Avqust 2022 21:53 (UTC +04:00)
Türkiyə və İsrail prezidentləri ikitərəfli münasibətləri müzakirə ediblər

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrail Prezidenti İshaq Hersoq arasında telefon danışığı baş tutub.

Trend xəbər verir ki, tərəflər Türkiyə-İsrail ikitərəfli münasibətlərinin vəziyyəti və perspektivlərini müzakirə ediblər.

R.T.Ərdoğan qeyd edib ki, Ankara və Təl-Əvivin qarşılıqlı səfir təyinatı ilə bağlı qərarı Türkiyə-İsrail münasibətlərinin müsbət inkişafı istiqamətində mühüm addım olacaq və onlara yeni təkan verəcək.

Türkiyə dövlətinin başçısı bildirib ki, Ankara İsraillə qarşılıqlı hörmət əsasında əməkdaşlığın və dialoqun inkişafının tərəfdarıdır.

Tərəflər həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti