...

Hulusi Akar Yunanıstanı "pis qonşu" adlandırıb

Dünya xəbərləri Materials 29 Avqust 2022 21:47 (UTC +04:00)
Hulusi Akar Yunanıstanı "pis qonşu" adlandırıb

Bakı. Trend:

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Yunanıstan ordusu tərəfindən Egey dənizində, o cümlədən S-300 hava hücumundan müdafiə sistemlərinin istifadəsilə davam etdirilən təxribatları kəskin tənqid edib.

Trend xəbər verir ki, bunu H.Akar Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələrinə qarşı təxribatlara münasibət bildirərkən deyib.

"Bizim "pis qonşumuzun" hərəkətləri izahata ziddir. Onlar nəzərə alınmalıdır, qiymətləndirilməlidir. Bu cür təkəbbür və ehtiyatsızlıq yolverilməzdir", - deyə H.Akar bildirib.

Nazir qeyd edib ki, Türkiyə Yunanıstan tərəfinin heç bir təxribatçı addımını cavabsız qoymayacaq.

Onun sözlərinə görə, Afina bir sıra adalarda da silah yerləşdirir ki, bu da beynəlxalq “demilitarizasiya zonaları” statusuna ziddir.

H.Akar vurğulayıb ki, Qərb ölkələri Afinanın hərəkətlərinə reaksiya vermirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti