...

Floridada qasırğa 7 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 30 Sentyabr 2022 03:20 (UTC +04:00)
Floridada qasırğa 7 nəfərin ölümünə səbəb olub

Bakı. Trend:

ABŞ-ın Florida ştatında "İen" qasırğası nəticəsində 7 nəfər həlak olub.

Trend xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "ABC" telekanalı məlumat yayıb.

Məlumata əsasən, 6 nəfər Şarlot dairəsində, 1 nəfər isə Voluşa dairəsində ölüb.

Bildirilir ki, "İen" qasırğası hazırda tropik fırtınaya qədər zəifləyib. Fırtınanın daxilində küləyin sürəti 29 m/s təşkil edir və fırtına saatda 14 kilometr sürətlə şimal-şərq istiqamətində irəliləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti