...

Floridada qasırğa nəticəsində ölənlərin sayı 40 nəfəri ötüb

Dünya xəbərləri Materials 1 Oktyabr 2022 08:30 (UTC +04:00)
Floridada qasırğa nəticəsində ölənlərin sayı 40 nəfəri ötüb

Bakı. Trend:

Bu həftənin əvvəlində ABŞ-ın Florida ştatında baş verən “İen” qasırğası nəticəsində ən azı 42 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalı yerli hakimiyyətə istinadən bildirib.

Qasırğa dördüncü güc kateqoriyasına daxil olunub. Küləyin sürəti 250 km/saata çatıb. Ştatda çoxsaylı dağıntılar qeydə alınıb, 2,5 milyona yaxın insan elektrik enerjisindən məhrum olub, telekommunikasiya şəbəkələri sıradan çıxıb, hava limanların işi dayandırılıb.

Ötən gün axşam saatlarına olan vəziyyətə görə, "İen" qasırğası post-tropik siklon səviyyəsinə endirilərək Cənubi Karolinaya çatmışdı. Dağıdıcı küləklər və təhlükə yaradan tufan dalğaları qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti