Bakı. Trend:
Oktyabrın 13-də Qazaxıstanın Astana şəhərində Qırğızıstan Prezidenti Sadır Japarov, Rusiya Prezidenti Vladimir Putin və Tacikistan Prezidenti Emoməli Rəhmonun üçtərəfli görüşü keçiriləcək.
Trend xəbər verir ki, bunu çərşənbə günü Qırğızıstan Prezidentinin mətbuat katibi Erbol Sultanbayev deyib.
Onun sözlərinə görə, görüş zamanı Qırğızıstan-Tacikistan dövlət sərhədində mövcud problemli məsələlərin müzakirəsi planlaşdırılır.
Üçtərəfli görüş Rusiya lideri Vladimir Putinin təşəbbüsü ilə təşkil olunub və o, Qırğızıstan və Tacikistan arasında sərhəd məsələlərinin həllinə kömək etməyə hazır olduğunu bildirib.