...

ABŞ BMT TŞ-ə Haitidə təhlükəsizliyi dəstəkləmək üçün missiya ilə bağlı qətnamə təklif edəcək

Dünya xəbərləri Materials 18 Oktyabr 2022 03:26 (UTC +04:00)
ABŞ BMT TŞ-ə Haitidə təhlükəsizliyi dəstəkləmək üçün missiya ilə bağlı qətnamə təklif edəcək

Bakı. Trend:

ABŞ BMT Təhlükəsizlik Şurasının Haitiyə təhlükəsizlik sahəsində dəstək vermək üçün beynəlxalq missiyanın yaradılmasına icazə verən qətnaməsi üzərində işləyir.

Trend xəbər verir ki, bunu bazar ertəsi BMT TŞ-nin iclasında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib.

"Üzərində işlədiyimiz ikinci qətnamə təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılmasına və lazımi humanitar yardımın çatdırılmasına kömək etmək üçün BMT-dən kənar beynəlxalq təhlükəsizliyə dəstək missiyasının təsdiqidir.

Bu qətnamə BMT-nin himayəsi altında deyil, belə iş üçün lazım olan geniş təcrübəyə malik tərəfdaş ölkələrdən birinin rəhbərliyi altında diqqətlə müəyyən edilmiş miqyasda məhdud missiya təklif edəcək. BMT və ABŞ hökumətinin koordinasiyası çərçivəsində biz belə bir missiyanın parametrlərini müəyyən etməyə çalışacağıq. ABŞ bunu dəstəkləmək və resurslarla təmin etmək üçün ən effektiv yolları nəzərdən keçirəcək", - deyə daimi nümayəndə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti