...

"Exxon Mobil" Rusiyanı tamamilə tərk edib

Dünya xəbərləri Materials 18 Oktyabr 2022 04:05 (UTC +04:00)
"Exxon Mobil" Rusiyanı tamamilə tərk edib

Bakı. Trend:

Amerikanın "Exxon Mobil" şirkəti "Saxalin-1" PBS layihəsinin yeni operatorunun yaradılmasından sonra Rusiyanı tamamilə tərk edib.

Trend xəbər verir ki, bu barədə bazar ertəsi "İnterfaks"a şirkətin mətbuat xidmətindən bildiriblər.

"Biz ekspropriasiyadan sonra Rusiyanı tərk etdik. Bizim prioritetimiz həmişə "Saxalin-1"də işçiləri, ətraf mühiti və əməliyyatların bütövlüyünü qoruyan məsuliyyətli operator olmaq olub. İki fərmanla Rusiya hökuməti birtərəfli qaydada "Saxalin-1"dəki maraqlarımızı dayandırdı və layihə Rusiya operatoruna verildi", - deyə mətbuat xidmətindən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti