...

İtaliyada muzeydən 20 min avro dəyərində portret oğurlanıb

Dünya xəbərləri Materials 24 Oktyabr 2022 18:16 (UTC +04:00)
İtaliyada muzeydən 20 min avro dəyərində portret oğurlanıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Milan şəhərində "Permanente" muzeyində italiyalı alim Alessandro Voltanın portreti oğurlanıb.

Trend-in bazar ertəsi verdiyi məlumata görə, bu barədə muzeyin əməkdaşları bildirib.

Qeyd olunur ki, şəhər polisi muzeydə olmuş bütün şəxsləri müəyyənləşdirib, portreti oğurlayanların axtarışları davam etdirilir.

1840-cı ildə rəssam Qabriel Rottini tərəfindən yaradılmış portretin dəyəri 20 min avro məbləğində ölçülür.

İtaliyalı fizik və kimyaçı Alessandro Volta volt ölçü vahidinin banisi hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti