Bakı. Trend:
Şərqi Aralıq dənizində ciddi qaz ehtiyatları aşkar edilərsə, o zaman qazın Türkiyədən Avropaya nəqli ehtimalı var.
Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın "CNN Türk" telekanalına müsahibəsində deyib.
"Burada ən mühüm xətlərdən biri də TANAP-dır. Təkcə Azərbaycan qazı kifayət etməzsə, gücü artırmaq lazımdır. Bizim enerji infrastrukturumuz belə enerjinin verilməsi üçün çox əlverişlidir", - deyə İ.Kalın bildirib.