...

İsrail prezidenti Netanyahuya hökumətin yeni tərkibini formalaşdırmağı tapşırıb

Dünya xəbərləri Materials 13 Noyabr 2022 17:25 (UTC +04:00)
İsrail prezidenti Netanyahuya hökumətin yeni tərkibini formalaşdırmağı tapşırıb

Bakı. Trend:

İsrail prezidenti İshaq Hersoq bazar günü Binyamin Netanyahuya hökumətin yeni tərkibini formalaşdırmağı tapşırıb.

Trend xəbər verir ki, bu barədə "Jerusalem Post" qəzeti məlumat yayıb.

B.Netanyahu bazar günü mandatın rəsmi təhvil verilməsi mərasiminin keçirildiyi İshaq Hersoqun rəsmi iqamətgahına gəlib.

İndi B.Netanyahunun yeni hökuməti formalaşdırmaq üçün 28 günü var. Əgər tapşırığı vaxtında yerinə yetirə bilməsə, əlavə 14 gün tələb edə bilər. Əlavə vaxtda da formalaşdıra bilməsə, prezident mandatı başqa namizədə verə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti