Bakı. Trend:
ABŞ prezidenti Co Bayden respublikaçıları ABŞ Nümayəndələr Palatasında səs çoxluğu qazandıqlarına görə təbrik edib.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidentinin yazılı bəyanatında bildirilib.
C.Bayden onlar ilə əməkdaşlığa hazır olduqlarını deyib:
"Mən [respublikaçılarının aşağı palatasındakı lideri Kevin] MakKartini səs çoxluğu qazanması münasibətilə təbrik edirəm".
C.Bayden qeyd edib ki, o, sadə amerikalıların xeyrinə nəticələr əldə etmək üçün Nümayəndələr Palatasının respublikaçıları ilə işləməyə hazırdır.