...

Burkina-Fasoda partlayış nəticəsində 4 hərbçi ölüb

Dünya xəbərləri Materials 26 Noyabr 2022 19:34 (UTC +04:00)
Burkina-Fasoda partlayış nəticəsində 4 hərbçi ölüb

Bakı. Trend:

Burkina-Fasonun şimalında silahlılar tərəfindən yola yerləşdirilən əldəqayırma bombanın partlaması nəticəsində ən azı dörd hərbçi həlak olub.

Trend "TASS"a istinadən xəbər verir ki, bu barədə şənbə günü ölkənin Baş Qərargahından bildirilib.

"Noyabrın 25-də ordu qrupunun Jibo şəhərində yükləri müşayiət etmək üçün missiyadan qayıdarkən partlayış baş verib. Partlayış nəticəsində 4 hərbçi həlak olub. Ölənlərlə yanaşı, daha bir əsgər yaralanıb və ona tibbi yardım göstərilib", - deyə Baş Qərargahdan bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti