...

İraqın baş naziri İran prezidentinin dəvəti ilə Tehrana səfər edəcək

Dünya xəbərləri Materials 27 Noyabr 2022 06:55 (UTC +04:00)
İraqın baş naziri İran prezidentinin dəvəti ilə Tehrana səfər edəcək

Bakı. Trend:

İraqın baş naziri Məhəmməd əl-Sudani İran prezidenti İbrahim Rəisinin dəvəti ilə Tehrana səfər edəcək.

Trend xəbər verir ki, bu barədə bazar günü mənbələrə istinadən "İRNA" agentliyi məlumat yayıb.

Məlumata əsasən, İranın Bağdaddakı səfiri Məhəmməd Kazem əs-Sadiq Məhəmməd əl-Sudani ilə görüşü zamanı İbrahim Rəisinin dəvətini ona çatdırıb.

Səfərin baş tutacağı tarix barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti