Bakı. Trend:
İndoneziyanın Şərqi Yava əyalətindəki Semeru vulkanının püskürməsi nəticəsində 2000-ə yaxın insan təxliyə edilib.
Trend-in məlumatına görə, bu barədə İndoneziya Fəlakətlərin Fəsadlarının Yumuşaldılması üzrə Milli Agentliyi bildirib.
"Bazar günü Semeru dağında lava püskürməsi və vulkanik aktivliyin artması nəticəsində ümumilikdə 1979 nəfər 11 [təhlükəsiz] yerə köçürülüb", - deyə qeyd olunub.
Məlumata əsasən, vulkanik külün tənəffüs sisteminə mənfi təsirini azaltmaq üçün yaxın ərazilərdə yaşayan sakinlərə 10 min tibbi, 10 min parça və 4 min uşaq maskası verilib.