...

Amsterdam aztəminatlı insanlar üçün ictimai nəqliyyatı pulsuz edir

Dünya xəbərləri Materials 15 Dekabr 2022 15:38 (UTC +04:00)
Amsterdam aztəminatlı insanlar üçün ictimai nəqliyyatı pulsuz edir

Bakı. Trend:

Amsterdam Şəhər Şurası 2023-cü ilin aprelindən aztəminatlı insanlar üçün ictimai nəqliyyatda pulsuz gediş-gəlişin tətbiqi barədə qərar qəbul edib.

Trend xəbər verir ki, bu barədə "NL Times" informasiya portalı məlumat yayıb.

Qərar Niderlandın paytaxtında ictimai nəqliyyatda tariflərin sürətlə artması fonunda qəbul edilib. Tədbir aylıq gəliri minimum səviyyənin 130%-dən çox olmayan insanlara təsir edəcək. Şəhər Şurası bu təşəbbüsün ən azı 95.000 ailəni əhatə edəcəyini təxmin edir.

Sosial biletlər Amsterdamda avtobus, tramvay və metroda gediş-gəlişi təmin edəcək. Gündə maksimum səkkiz belə keçid sifariş oluna bilər. Amsterdam Nəqliyyat Departamentindən verilən məlumata görə, bu say 4 nəfərlik ailənin pulsuz gediş-gəlişini təmin etmək üçün kifayət edəcək.

Qeyd edək ki, Amsterdam Avropanın ictimai nəqliyyatda güzəşt tətbiq edən altıncı regionu olacaq. Bundan əvvəl pulsuz gediş-gəliş Malta, Lüksemburq, Hasselt (Belçika), Tallinn (Estoniya) və Dünkerkdə (Fransa) tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti